Beynəlxalq Paralimpiya Komitəsinə prezident seçildi

Beynəlxalq Paralimpiya Komitəsinə prezident seçildi
DÜNYA
19:46 12.12.2021
349
Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasının iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə IPC-nin prezidenti vəzifəsinə seçkilər baş tutub.

Braziliyalı funksioner Endryu Parsons yenidən qurumun rəhbəri seçilib. O, 2017-ci ildən sözügedən vəzifədə çalışır.

Qeyd edək ki, 44 yaşlı funksioner 2005 - 2009-cu illərdə Amerika Paralimpiya Komitəsinə başçılıq edib. Parsons 2009-cu ildən 2017-ci ilədək isə Braziliya Paralimpiya Komitəsinin prezidenti olub.
OXŞAR XƏBƏRLƏR