Beynəlxalq humanitar təşkilatlar İsraili Fələstinə dərhal atəşkəs elan etməyə çağırıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi və humanitar təşkilatların da təmsil olunduöu Qurumlararası Daimi Komitə (IASC) yazılı bəyanat verib.
Komitədən verilən bəyanatda Qəzzada bütün əhalinin mühasirəyə alındığı və bu insanların əsas ehtiyaclara çıxışının qarşısı alındığı, bölgədəki evlərin, sığınacaqların, xəstəxanaların və ibadət yerlərinin bombalanmasının qəbuledilməz olduğu bildirilib.
Qəzzada hər gün artan ölüm hallarına görə çox dəhşət vəziyyətdə olduqları bildirilib və tərəflərin beynəlxalq insan haqları hüququ çərçivəsində bütün öhdəliklərinə hörmətlə yanaşmaları çağırışı təkrarlanıb.
Bəyanatda "Bizə təcili humanitar atəşkəs lazımdır (Fələstində). 30 gün keçdi. Bu kifayətdir. Münaqişə bitməlidir". - deyə qeyd edilib.
Mikayıl