Beynəlxalq Turizm Mərkəzi Naftalana turist axını davam edir - FOTOLAR

Beynəlxalq Turizm Mərkəzi Naftalana turist axını davam edir - FOTOLAR
SOSİAL
16:05 14.04.2025
266
Beynəlxalq Turizm Mərkəzi Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ilbəil artır.
 
Şəhərdə fəaliyyət göstərən hotel və müalicə sağlamlıq mərkəzlərində turist məmnunluğunu təmin etmək üçün sağlam rəqabət qabiliyyətliyi mövcuddur.
Cari ilin birinci rübü ərzində şəhərə müalicə məqsədilə 6432 nəfər turist səfər edib.
Buraya üz tutanlardan 2367 nəfəri xarici turistlərdir. Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhəri olaraq dinamik şəkildə dəyişən siması və xidmət potensialı ilə günbəgün dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir.
Qeyd edək ki, ötən il Naftalana 44801 nəfər turist səfər edib. Onlardan 15 min 864 nəfəri 47 xarici ölkənin vətəndaşları olub.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR