Beynəlxalq turnirdə 10 ölkənin pəhləvanı iştirak edəcək

İDMAN
12:35 15.04.2013
1092

AGF Kuboku uğrunda beynəlxalq turnirdə 10 ölkənin pəhləvanları mübarizə aparacaq.

18-21 aprel 2013-cü il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Federasiyadan AZXEBER.COM-a verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi 18 aprel 2013-cü il, saat 17.00-da baş tutacaq. Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

OXŞAR XƏBƏRLƏR