Sabah Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnirə start veriləcək.
AZXEBER.COM xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə həsr olunan yarışda 10 ölkədən 200-dən artıq idmançının iştirakı gözlənilir.
4-cü dəfə keçiriləcək memorialda məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov, Fərid Sadıxlı (hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkgül Həziyev (72 kq), Rəvan Nuriyev (77 kq), Laçın Vəliyev (87 kq), Arif Niftullayev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
İki gün davam edəcək turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyacaq.