Beynəlxalq yardım təşkilatı: Qəzzalı uşaqların 85 faizi yemək yemədən yaşayır

Beynəlxalq yardım təşkilatı: Qəzzalı uşaqların 85 faizi yemək yemədən yaşayır
DÜNYA
15:47 04.06.2024
156
Beynəlxalq yardım təşkilatı Oxfam Qəzzada uşaqların 85 faizinin hər üç gündən ən azı birini yemək yemədən keçirdiyini və mayın 6-dan bu yana bölgəyə daxil olan yardım maşınlarının ortalama sayının gündə 8 olduğunu açıqlayıb. 

AZXEBER.COM Türkiyə mətbuatlna istinadən xəbər verir ki, Oxfam-ın verdiyi açıqlamada, İsrailin Qəzzaya daxil olan yardımların qarşısını kəsdiyi və bombardmanları davam etdirdiyi üçün yardım paylanması və yardım könüllülərinin bölgəyə daxil olmasının qeyri-mümkün olduğu bildirilib. 

Açıqlamada qeyd olunub ki, sərhəd qapılarının bağlanması, yardım təşkilatlarının tez-tez yerlərini dəyişdirməyə məcbur edilməsi, yardımların bölgəyə daxil olması zamanı yaşanan uzun nəzarət prosesi yardım təşkilatlarının fəaliyyətini qeyri-mümkün edən amillərdəndir. 

Açıqlamaya görə, minlərlə yardım maşınının Rəfah Sərhəd Qapısı bağlandıqdan sonra Kerem Şalom Sərhəd Qapısında uzun növbələr meydana gətirdiyi vurğulanıb və əlavə edilib: 

"Ancaq sərhəddən kənarda aktiv münaqişə bölgəsi və çox təhlükəlidir. İsrailin uzanan prosesi Bölgəyə daxil olan yardımların toplanması və paylanmasına razılıq verilməsi, paylama proseslərinin əsasən ləngiməsi deməkdir”.

Açıqlamada Qəzza əhalisinin üçdə ikisindən çoxunun bütün bölgənin yüzdə 20-dən də kiçik bir əraziyə sıxışdırıldığı vurğulanıb və İsrailin təminat verəcəyinə baxmayaraq Qəzzanın böyük hissəsinin humanitar yardıma çata bilmədiyi bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR