Beyrut limanının administrasiyası ev dustağı edildi - VİDEO

Beyrut limanının administrasiyası ev dustağı edildi - VİDEO
DÜNYA
14:11 06.08.2020
966

Livanda, Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayının 137 nəfərə çatıb.

Baku.tv xəbər verir ki, ölkədə matəm, şəhərdə isə fövqəladə vəziyyət elan edilib.

Çərşənbə axşamı günü baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunmayana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirib.

Müvafiq qərar Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul edilib. Onun yerinə yetirilməsi orduya həvalə edilib.

Partlayışın törətdiyi fəsadlar isə araşdırılmaqda davam edir. Livanın "Abou Merhi Group” şirkətinə məxsus "Orient Queen” kruiz layneri Beyrut limanında güclü partlayışdan sonra batıb.

Hadisə nəticəsində iki nəfər vəfat edib, yeddi ekipaj üzvü yaralanıb. Partlayış gəmini ciddi şəkildə zədələyib. Korpusdakı axının qarşısı operativ şəkildə alınmasına baxmayaraq, ona su daxil olmağa başlayıb və gəmi dənizin dibinə gedib.

ABŞ-ın Müdafiə Nazirliyi də partlayışı araşdırmağa başlayıb. Pentaqon rəhbəri Mark Esper bildirib ki, bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inansa da, bu heç də belə olmaya bilər.

Beyrutdakı partlayışa dünya dövlətlərinin reaksiyası da gecikməyib. Britaniya hökuməti evsiz qalan insanlara kömək üçün 5 milyon funt sterlinq yardım edəcəyini açıqlayıb. Qonşu Türkiyə isə baş verən faciəli qəza ilə əlaqədar Livana 400 ton buğda göndərəcək. Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə artıq iki təyyarə xilasedicilər və humanitar yardımlarla birlikdə Livana göndərilib. Yardım göndərən ölkələr arasında BƏƏ və İran da var.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb