'Bəzən harın məmurların etdiyi qələtləri kompensasiya eləmək zorunda qalırıq' - Elşən Musayevdən sərt sözlər

19:40 09.03.2013
3044

Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev AZXEBER.COM-a  verdiyi eksklüziv açıqlamasında bildirib:

 “Bilirsiniz, qərar tutduğumuz  siyasi məkanda hər birimizin üzərinə düşən zəruri  öhdəlik,  eyni zamanda qət  edilən  bəlli bir yol var. Və hər kəs  bu öhdəliyə, bu yola  həm də öz  doğrularını, öz həqiqətlərini, öz meyarlarını  qataraq, əlavə edərək, pərçimləyərək   davam edir. Elə fərqlilik də buradan  başlayır : Biriləri, özünü heç  cür doğrulda bilmir, nadanlıq kursunu - sərgilədiyi  fəaliyyət  üçün prioritet  seçir,  dövlətə, dövlətçiliyə ziyan gətirmək, iqtidara qarşı basqıları , kütləvi etirazları artırmaq üçün sanki mümkün olan  hər şeyı edir,  əlindən gələn  bütün pislikləri ortaya qoyur.! Öz balalarını eynən möhtərəm Prezidentin qeyd etdiyi təki  harın, qudurğan böyüdür. Digərləri isə mənəvi dünyalarına söykənib, köklənib sona qədər vuruşur.  Bəzənsə  həmin o harın məmurların da günahlarını, elədikləri qələtləri kompensasiya etmək zorunda qalır.                                                                                                                                                                             

Çətinlik, məziyyət, mənəvi iztirab, ağrılı tərəf də bundadır, burdadır! İnsanları  əsl reallıqlara inandırmaq olmur, ən yüksək istedadın, gücün, mənəviyyatın daşıyıcısı olsan  belə, bu cür məmurların fəaliyyətinin fonunda öz fikrini diqtə etməkdə çətinlik çəkirsən!

Oysa ki, Azərbaycan Prezidentinin yürütmüş olduğu doğru siyasətə, Azərbaycan dövlətçiliyinə bu cür xidmət etmək olmaz! Birmənalı şəkildə olmaz!

Mənim Prezidentim ləyaqətli insandır. Mənim Prezidentim kişi adamdır! Onun ətradında olan hər kəs də bu ləyaqətdən və kişilikdən pay almağa, görk  götürməyə  borcludur! İstəsə də, istəməsə də borcludur!”

Bu ölkədə Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycançılıq yoluna sadıq qalan, tutduğu  vəzifənin, oturduğu kreslonun  məsuliyyətini dərk edən  hər nə qədər  məmur varsa, onların hər birinin qarşısında baş əyirəm! Həm də bütün səmimiyyətimlə!

Amma hər kim ki,  bu yoldan sapıb və  mövcud  hakimiyyət haqqda illərdir formalaşmış olan müsbət fikirləri mənəvi aşınma istiqamətinə  yönəldir, müxalif fikirlərin artmasını, qarşı tərəfin güclənməsini təmin edir, bilsinlər ki, bizdən deyil onlar! Heç bir zaman da olmadılar və olmayacaqlar! “

OXŞAR XƏBƏRLƏR