“Bəzən onların səsi gur gəlir, amma bu, illeqal haldır” - Mikayıl Cababrov

“Bəzən onların səsi gur gəlir, amma bu, illeqal haldır” - Mikayıl Cababrov
TOP4
10:49 13.09.2019
3560
Bu gün Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfrans keçirilib. 

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, konfransda 60-dan çox qurumun nümayəndələri, o cümlədən Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev,  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər iştirak edir.

Millət vəkili Ziyad Səmədzadə çıxış edərək deyib ki, kölgə iqtisadiyyatı daha çox yoxsul ölkələrdə olur: "Azərbaycanda bu gün əhalinin sosial rifahı yüksəlib, işsizlik 40-45 faizdən 5 faizə endirilib. Cənab prezident dəfələrdə şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılmasını prioritet hədəf kimi hökumətin qarşısına qoyub. Azərbaycan bunun sayəsində ifrat yoxsulluqdan xilas olub".

Daha sonra Vergilər naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, kölgə iqtisadiyyatı dövlətin maliyyə strukturunun zəifləməsinə birbaşa təhdidlər yaradır: "Kölgə iqtisadiyyatı özünü ikili mühasibatlığın aparılmasında  göstərir. Gəlirləri tam şəkildə bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu illeqal haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici investorlar üçün vacib amildir. Kölgə iqtisadiyyatı qeyri-neft sektorunda özünü daha böyük formada göstərir. Əmək müqavilələrinin bağlanması sahəsində şəffaflıq artan templə davam edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR