‘Bəzi dövlətlər QHT-lərin dövlətin əleyhinə istifadə olunmasında maraqlıdırlar’ – Çingiz Qənizadə

SİYASƏT
18:09 22.01.2015
1834

‘Bəzi QHT-lər xarici təşkilatlarla, dövlətlərlə əməkdaşlığa üstünlük verirlər’

Bu fikirləri AZXEBER.COM-a millət vəkili Çingiz Qənizadə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı söylədiyi fikirlərini şərh edərkən söyləyib:

“Əli Həsənovun fikirləri ilə tam razıyam. Çox təəssüf ki, bu gün dövlətimiz tərəfindən bu qədər şərait yaradılsa da, bəzi QHT-lər xarici təşkilatlarla, dövlətlərlə əməkdaşlığa üstünlük verirlər. Bundan da, təbii ki həmin dövlətlər, təşkilatlar QHT-lərin siyasiləşməsində, dövlətin əleyhinə istifadə olunmasında maraqlı olurlar. Əli Həsənovun dedikləri də buna işarədir. Mən QHT-çi həmkarlarımızı daha çox dövlətin yaratdığı QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığa dəvət edirəm. Hər hansı bir beynəlxalq xarici təşkilatla əməkdaşlıq edildiyi halda fəaliyyətdə şəffaflığın təmin olunması, layihələr haqqında müvafiq icra hakimiyyətinə məlumatlar verilməsi, maliyyə sövdələşmələrinin banklar vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədə uyğun hesab edirəm”.

Qeyd edək ki, Ə.Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda etdiyi çıxışında deyib ki, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub: “Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdi, o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki Azərbaycan dövlətinin bütövlünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən “QHT-lər”lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti...”

Orxan 

OXŞAR XƏBƏRLƏR