Bəzi ərazilərdə su olmayacaq

Bəzi ərazilərdə su olmayacaq
SOSİAL
11:35 25.06.2025
375
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Qəza şəhərin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.

Təmir-bərpa işləri gün ərzində yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR