Bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır - Hacıbəy Heydərli

Bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır - Hacıbəy Heydərli
SOSİAL
20:23 21.01.2026
266
"Bunun qarşısını almaq üçün maksimum dərəcədə diqqətli və məlumatlı olmaq lazımdır"

Azərbaycanda dezinformasiya və saxta xəbərlərin yaratdığı təhlükələr, onların milli təhlükəsizlik və ictimai şüura təsiri geniş ictimai müzakirə mövzusuna çevrilib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə dövlət qurumlarının nümayəndələri, media ekspertləri, QHT rəhbərləri və ictimai xadimlər bir araya gələrək informasiya müharibəsinin müasir çağırışlarını, hibrid təhdidlərin mahiyyətini və onlara qarşı mübarizə mexanizmlərini müzakirə ediblər. Tədbirdə dezinformasiyanın yayılma üsulları, media savadlılığının artırılmasının əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı risklər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu xüsusi diqqət mərkəzində olub.

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli tədbirdə səsləndirilən fikirləri "Sherg.az”a şərh edib. O Azərbaycana qarşı dezinformasiya və "fake news” kampaniyaları aparan qüvvələrin sayının artdığını bildirib. Təəssüflə qeyd edib ki, xüsusən də xarici mediada bu cür çağırışların və məlumatların daha çox şahidi oluruq:

"Xüsusilə İran, Ermənistan və Rusiya mediasında Azərbaycana qarşı davamlı olaraq dezinformasiya xarakterli xəbərlər yayılır. Eyni zamanda, Qərb mətbuatında da oxşar hallara rast gəlinir. Azərbaycan tərəfi bu cür saxta xəbərlərlə bağlı dəfələrlə sərt mövqeyini ortaya qoyub. Lakin hazırkı dövrdə dezinformasiya qlobal problemə çevrildiyi üçün onun qarşısını tam şəkildə almaq mümkün deyil”.

H. Heydərli xatırladıb ki, 30 il ərzində Ermənistan və onun havadarları ölkəmizə qarşı informasiya müharibəsi apararaq Azərbaycanla bağlı saxta məlumatlar yayıblar: "Bu prosesin bu gün də davam etməsi onu göstərir ki, Azərbaycan media nümayəndələri daha həssas olmalı, beynəlxalq əlaqələrini daha da gücləndirməlidirlər. Məqsəd ondan ibarətdir ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparıldıqda, həmin ölkələrin mətbuat orqanlarında bu məlumatlara operativ və əsaslandırılmış cavablar verilsin”.

Mətbuat Şurasının üzvü qeyd edib ki, Azərbaycanın yerli mediasında dezinformasiyalara qarşı mübarizə aparılır. Onun sözlərinə görə, media savadlılığı istiqamətində keçirilən təlimlərin artıq müsbət nəticələri müşahidə olunur:

"Lakin bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır. Bunun qarşısını almaq üçün maksimum dərəcədə diqqətli və məlumatlı olmaq lazımdır. Eyni zamanda, süni intellektin imkanlarından müsbət və səmərəli şəkildə istifadə edilməlidir”.

Ekspertin sözlərinə görə, dezinformasiyalara qarşı mübarizədə media ilə yanaşı QHT sektoru da aktiv rol oynamalıdır:

"Azərbaycanla bağlı həqiqətlərin dünya mediasında yayılmasında QHT-lər mediaya dəstək verməlidirlər. Bu cür koordinasiyalı əməkdaşlıq sayəsində dezinformasiyaların azalmasına nail olmaq mümkündür”.

H. Heydərli xatırladıb ki, Azərbaycan D-8 ölkələrinin Media Forumunun Bakıda keçirilməsinin təşəbbüskarı olub. Azərbaycan tərəfdaş olduğu bütün ölkələrlə media sahəsində çox yaxşı əlaqələrə malikdir. O həmçinin bildirib ki, mövcud riskləri azaltmaq məqsədilə Azərbaycanda MEDİA tərəfindən mütəmadi olaraq Media Savadlılığı Həftəsi keçirilir:

"Azərbaycana qarşı yayılan "deepfake” və "fake news” xarakterli məlumatlarla bağlı ictimaiyyət məlumatlandırılır, insanlar bu cür dezinformasiyalara aldanmamağa çağırılır. Mətbuat Şurası da bu istiqamətdə müvafiq addımlar atır, müxtəlif tədbirlər həyata keçirir. MŞ –ın tərkibində Sosial Media ilə Əlaqələr Komissiyası fəaliyyət göstərir və sosial şəbəkələrdə yayılan yalan və saxta xəbərlərin qarşısının alınması, eləcə də insanların bu xəbərlərə inanmaması üçün çağırışlar edilir. Sosial şəbəkələrdə aktiv olan jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilir və onlar məlumatlandırılır. Bu cür görüşlərin sayı gələcəkdə daha da artırılmalıdır”.

H. Heydərli əlavə edib ki, qardaş Türkiyədə və bir sıra Avropa ölkələrində dezinformasiyaya qarşı mübarizə aparan xüsusi mərkəzlər fəaliyyət göstərir. Onun fikrincə, Azərbaycanda da belə bir qurumun yaradılması məqsədəuyğun olardı: "Eyni zamanda düşünürəm ki, dezinformasiya ilə mübarizə işinə praktik jurnalistika ilə məşğul olan peşəkarlar və bu işin nəzəriyyəsinə bələd olan mütəxəssislər cəlb edilməlidir. Çünki dezinformasiyanın effektiv şəkildə qarşısının alınması həm real media təcrübəsini, həm də elmi-nəzəri yanaşmanı tələb edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda