Madridin “Real” klubunda son iki oyunda start heyətdə meydana çıxangənc qapıçı Antonio Adan Sosyedad "Real"ı ilə matçın altıncı dəqiqəsində qırmızı vərəqə almasına və ona yönələn tənqidlərə münasibət bildirib.İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, oyundan xaric olunmasının haqsızlıq olduğunu bildirib.“Məncə mübahisəli bir vəziyyət idi. Lakin futbolda belə şeylər olur. Bunları qəbul etməli və yolumuza davam etməliyik. Bəzi insanlar bilmədən mənə hörmətsizlik edir. Mən bu komandanın bir parçasıyam və mən də oynamalıyam. Bu səviyyəyə gəlməyim üçün 16 il gözləməli olmuşam" - deyə o qeyd edib.