‘Bəzi insanlar Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirmək istəyir’ - Gürcüstanın azərbaycanlı deputatı

SİYASƏT
18:00 25.06.2013
1843

“Son günlər Gürcüstan azərbaycanlılarının adından bəzi bəyanatlar verənlər bilməlidirlər ki, bununla onlar heç nə əldə edə bilməyəcəklər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gürcüstan Parlamentinin majoritar deputatı Azər Suleymanov söyləyib. A.Süleymanov son günlər bəzi mətbuat orqanlarında Gürcüstanda yaşayan azərbaycanlıların adından yayılan informasiyların doğru olmadığını deyib:

“Mən düşünürəm ki, bu kimi insanların bir məqsədi var- xarici havadarlarının köməyi ilə Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirmək. Amma biz buna yol verməyəcəyik. Mən öz adımdan, öz seçicilərim adından tam məsuliyyətlə deyə bilərəm ki, Gürcüstan azərbaycanıları bu kimi addımlara tarix boyu getməyiblər və getməyəcəklər. Biz Azərbaycan dövlətinin apardığı siyasəti dəstəkləyir, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına sevinirik.

Bu addımlar Gürcüstan və Azərbaycanının inkişafından qısqanclıq hissi keçirən düşmanlarımız tərəfindən təşkil olunduğuna şübhəm yoxdur və əslində bu kimi provokasiyalara təcüblənmirəm də. Çünki Azərbaycan və Gürcüstan strateji partnyordurlar. Bizim dövlətləri həm mədəni bağlar, həm iqtisadi layihələr bir birinə bağlayır.

Azərbaycan Respublikası Gürcüstana böyük miqyaslı yatırımlar edir, iqtisadi əlaqələr qurur. Baki- Tbilisi-Ceyhan, Bakı- Tbilisi- Qars layihələri kimi iri miqyaslı layihələr məhz Gürcüstanın iştirakıyla həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bir çox sosial layihələr həyata keçirir. Tələbələrin təhsil haqqının ödənməsi, uşaq evlərinə yardım, az təminatlı ailələrə yardım, tibbi yardım və s bunlara misaldır.

Heydər Əliyav Fondu bir çox sosila layihələr həyata keçirir, məktəblər təmir olunur və s.

Əlbətdə ki Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına sevinməyənləri bunlar qane eləmir. Çox təssüf olsun ki, sapı özümüzdən olanlar bizim düşmənlərin dəyirmanına su dökürlər. Mən bu insanların Ermənistan dövlətindən də dəstək aldıqlarını da güman edirəm. Çünki damarlarında azərbaycanlı qanı axan insan, məxsus olduğu xalqın dovlətinin 20 faiz torpaqları işqal altında, bir milyondan artıq qaçqını olduğunu bilərək yalnız bu dövlətin inkişafı üçün çalışmalıdır.

Onu da bildirim ki, Gürcüstanda çox sayda intelektual gənclərimiz var və bir iki nəfərin bütün gənclərimiz adından bəyanat verməsi heç də Gürcüstan gəncləri tərəfindən də birmənalı qarşılanmadı. Bu fikirlər Borçalı gənclərinin fikrini əks etdirmədiyinə də əminəm.

Sonda onu birdaha qeyd etmək istəyirəm ki, bu kimi provokasiyalar, kimlərinsə maliyyəsiylə ara qatmaq istəyənlərin ucuz oyunu Gürcüstan-Azərbaycanın çoxilllik əlaqələrinə, dostluğuna xələl qətirə bilməz".

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR