"Bəzi jurnalistlər yazır ki, Məhəmmədi xəstəxanadan mən çıxarmışam, əslində isə..."

"Bəzi jurnalistlər yazır ki, Məhəmmədi xəstəxanadan mən çıxarmışam, əslində isə..."
SOSİAL
17:41 06.04.2023
330
Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) 16 yaşlı Məhəmməd Hacıyevi onun xəstəxanadan çıxarması haqda məlumatlara aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, MTV-də yayımlanan "Ümid ilə gəl” verilişinin aparıcısı bu məsələ ilə bağlı açıqlama verib. 

Tarix Əliyev deyib ki, Məhəmmədi xəstəxanadan o çıxarmır, qanun buna icazə vermir: 

"Mənim heç bir ixtiyarım yoxdur ki, dövlətin müəssisəsinə gedib hər hansısa bir nəfəri oradan çıxarım. Bəzi jurnalistlər yazır ki, Məhəmmədi mən oradan çıxarmışam. Amma anlamırlar ki, Psixiatriya Xəstəxanasından kimisə kiminsə arzusu və ya xahişi ilə çıxarmaq olmaz. Onu xəstəxanadan qardaşı Əli çıxarıb, mən isə sadəcə yanlarında olmuşam”.

Verilişdə qonaq olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də sözügedən hadisə ilə bağlı fikirlərini səsləndirib:

"Tarix Əliyevin gedib Məhəmməd ilə həmin xəstəxanada video çəkib paylaşması həm sosial şəbəkələrdə, həm də jurnalistlər arasında çox danışıldı, bəzi jurnalistlər bu hadisəyə bir az qısqanc münasibət bəslədilər. Əslində isə bu Azərbaycan televiziyalarının, mətbuatının bir uğuru idi ki, cəmiyyət üçün sual altında olan məsələlər Tarixin sayəsində hər kəsə məlum oldu. Bəzi jurnalistlər bildirirlər ki, "nəyə görə bizi yox, Toliki içəri buraxırlar?”. O sual mənə də maraqlı idi. Mən Məhəmmədin qardaşı Əlidən bunun cavabını soruşdum. O dedi ki, mən özüm xahiş etmişəm ki, xəstəxanaya gedəndə Tolik də mənim yanımda olsun. Bu, Əlinin öz xahişi idi. Kimsəsiz bir uşağa belə kömək edilirsə, həmin adama dəstək olmaq lazımdır, tənqid etmək yox. Bu məsələdə dövlət qurumları aktiv olmalı idi. Onlar da Məhəmmədə dəstək olmalıdırlar". 
 
Qeyd edək ki, prodüser Tarix Əliyevin Məhəmmədlə Psixiatriya Xəstəxanasında video çəkməsi birmənalı qarşılanmamışdı.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb