ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus üzv dövlətlərin epidemiyalara qarşı tədbirlər haqqında sazişi imzalamadığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən də Qebreyesus dünyanın heç bir ölkəsinin qlobal epidemiyalarla istədikləri kimi mübarizə apara bilməyəcəklərini bildirib.
ÜST-na üzv ölkələrin koronavirus kimi qlobal epidemiyalardan qorunmaq üçün 2021-ci ilin dekabrında Cenevrədə bir araya gəldiyini xatırladan Qebreyesus tərəflərin Cenevrədə mümkün epidemiyalara qarşı tədbir görmələri mövzusunda razılaşdıqlarını bildirib.
Qebreyesus üzv dövlətlərin "yalan və sui-qəsd nəzəriyyələri" səbəbiylə müqaviləni imzalamadıqlarını bildirib.
Koronavirus kimi müxtəlif epidemiyaların baş verə biləcəyini ifadə edən Qebreyesus dünyanın bu vəziyyətə hazır olmadığını qeyd edib.
Qebreyesus sui-qəsd nəzəriyyələrinin insan həyatını təhdid etdiyi barədə də xəbərdarlıq edib.
Mikayıl