“Bəzi məmurlar gör nə gündədir kİ ... Prezidentliyə keçmiş namizəd

“Bəzi məmurlar gör nə gündədir kİ ... Prezidentliyə keçmiş namizəd
12:32 14.05.2018
8166
"Əgər pul haram yolla gəlirsə, o elə haram yollara da xərclənəcək”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu məmur və məmur övladlarının türk müğənnilərə malikanələr bağışlamasına münasibət bildirərkən deyib. 
 
O bildirib ki, onlarda azca məsuliyyət hissi olsaydı, bu cür rəftara yol verməzdilər: "Bir halda ki, ölkənin rəhbəri məmurları təvazökarlığa çağırır, onları sadə həyat tərzi keçirməyə dəvət edir, belə olduqda hansısa məmur və ya məmur oğlu hansı haqla ölkədən milyonlarla pul çıxarıb, əcnəbi müğənnilərə malikanələr alır?! Nə deyəsən, nə ad verəsən”.
 
ADP sədri hesab edir ki, bu cür məmurlara qarşı sərt tədbirlər görülməlidir: "Onlara öz yerini göstərmək lazımdır. İnsanlar yeməyə çörək tapmırlar. Bunlar isə pulları görün kimlərə və hansı məqsədlər üçün xərcləyirlər. Bu adamlar haqqında tədbir görülməsə, sabah digər məmur və məmur övladları da bu addımı atacaqlar”.
 
Xatırladaq ki, türkiyəli müğənni Petek Dinçöz Şəki şəhərində icra başçısının ona torpaq sahəsi ayıracağını bildirib.
 
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun isə atası məmur olduğu zaman Türkiyənin Bodrum şəhərində türk müğənni Hadisəyə bağışladığı "La Plaj” istirahət mərkəzinin məhkəmə qərarı ilə söküntüsünə başlanılıb.
 
Günel,
AZXEBER.COM
 
OXŞAR XƏBƏRLƏR