"Bəzi müğənnilər ancaq bazarda məşhurdurlar”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva deyib.
Ayan "Gün ortası" verilişində qonaq olarkən zamanla efirlərdə ona qadağa qoyulduğunu etiraf edib:
"Bir zamanlar yerli telekanallarda mənə qadağalar var idi. Amma mənim Türkiyəyə köçməyim bununla əlaqəli deyildi. Qızımı sağlam mühitdə böyütmək istədiyim üçün getmişdim. Dedilər guya qadağalar qalxdı deyə geri döndüm, yox, bu yalan idi".
Nə olur olsun, sənətim mənim üçün çox önəmlidir. Buna bir daha əmin oldum. Təbii ki, gəlirimiz bu gün toydandır, ona görə heç kəsi qınamıram. Amma bayağı mahnı yoxdur, bayağı ifaçı var. O müğənnilər ancaq bazarlarda məşhurdurlar. Arada keyfiyyətli mahnılar oxumaqları da yaxşı olar. Üç bayağı mahnı oxusaz, bir dənə də sənət üçün oxuyun".
Aysel










































