"İnsan özü paylaşımları ilə kənardakı insanlarda qıcıq yaradır. Hər şey həddində gözəldir".
AZXEBER.COM xəbər verir ki, bunu 106.3 radiosunda Kazım Sübhanın qonağı olan müğənni Elçin Cəfərov deyib.
"Biz özümümüz bu həyatı seçmişik, həyatımız göz önündədir. Hamıya maraqlıdır bizim evimiz necədir, hansı maşını sürürük, harada istirahət edirik. Amma insan paylaşımları ilə kənardan qıcıq yarada bilir. Bizim bəzi müğənnilər hər şeyi görməmişlik dərəcəsində edirlər. Hər şey həddində gözəldir" deyə sənətçi bildirib.
Aysel