Bəzi rayonlarıda suyun verilişində fasilələr olacaq

Bəzi rayonlarıda suyun verilişində fasilələr olacaq
16:31 14.03.2013
808

Martın 15-də saat 08:00-dan etibarən 24 saat müddətində Bakının Suraxanı, Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.Qeyd olunub ki, fasiləyə səbəb yay rejiminə hazırlıqla əlaqədar su təchizatı obyektlərində yenidənqurma, təmir və profilaktika işlərinə başlanılmasıdır.Belə ki, Maştağa su anbarının nasosxanalarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar Ceyranbatan-Maştağa magistral su kəmərləri ilə içməli suyun nəqli müvəqqəti dayandırılacaq, buna görə də həmin ərazilərə su verilişində fasilə olacaq.“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir”.

OXŞAR XƏBƏRLƏR