Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ
SOSİAL
14:23 17.12.2018
3414
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə aydır ki, Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin monitorinqini aparır. Nazirlik tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. Amma bəzi obyektlər isə qaydalara əməl etmədiyi üçün bağlanmaq üzrədir. "Özkardeşlər" və "Qızıl balıq" restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb. 

Qarşıda məhkəmə tərəfindən 17 restoranın bağlanması nəzərdə tutulur. Maraqlıdır ki, bağlanan ya da bağlanmaq üzrə olan restoranların müştəriləri də çoxdur. Ola bilərmi ki, məhkəmənin qərarı ilə bağlanan restoranlar yenidən fəaliyyətlərini bərpa etsinlər?

AZXEBER.COM xəbər verir ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov modern.az-a açıqlamasında məsələnin mümkün olduğunu söyləyib:

"Restoranların bağlanması məhkəmənin qərarına əsasən həyata keçirilir. Çünki bəzi restoranlar qurğunu quraşdırmadan ekologiyaya tullantıları atır və bu zaman həmin restoranların fəaliyyətinin dayandırılması mütləqdir. Qurğu quraşdırdıqdan sonra yenidən fəaliyyətə başlaması üçün Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən restorana baxış keçirilir. Bunun doğru olub-olmadığı yoxlanılır. Əgər normalara cavab verirsə, bu zaman restoran rəhbərliyi məhkəməyə müraciət edib fəaliyyətini yenidən bərpa edə bilər. Təbii ki, restoranın yenidən fəaliyyəti üçün məhkəmə qərar verir”.

Qurum rəsmisi bildirib ki, bəzi restoranlar insan ölümünə səbəb olur:

"Hazırda bağlanması üçün növbədə 17 restoran var. Artıq bu barədə icra orqanları məlumatlıdır. Bir çox restoranlar nəinki Ekologiya Nazirliyinin, eləcə də, dövlətin qanunlarına tabe olmaq istəmirlər. Burada ictimaiyyəti narahat edən məsələlərdən, tullantılardan söhbət gedir. Çünki tullantılar, ətrafa yayılan tüstü insan həyatı üçün təhlükə mənbəyidir. Əgər bu restoranlar insan ölümünə səbəb olursa, fəaliyyətlərinin dayandırılması zəruridir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
09:58 31.03.2026
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək