Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
SOSİAL
10:06 27.07.2025
106
İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR