Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA
SOSİAL
09:56 30.04.2025
139
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.

Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR