İstanbuldakı məhkəmə prosesi zamanı təzə bəy A.A deyib: "Onu çox sevdim, nişanlandıq. Toyumuz oldu. Nikahdan bir gün sonrakı toyda mənə dedi ki, universitetdə oxuyanda, tələbəlik illərində qrup sekslə məşğul olub. Dəhşətə gəldim, şoka düşdüm. Toyu tərk etdim, evə qayıtdım".
Təzə bəyin dediyinə görə, ilkin prosesdə onun 1500 lirə təzminat ödəməsi ilə bağlı qərardan apellyasiya şikayəti vermişdi.
A.A.-nın gəlini D.K. isə ifadəsində deyib: "O, yalan deyir. Bu sözləri toyda deməmişəm. Nikahdan bir gün əvvəl şirniyyat dükanında ona dedim ki, universitet illərində tələbə dostlarımla birlikdə qrup sekslə məşğul olmuşam. Amma o hadisə geridə qalıb və indi A.A.-ı sevirəm. O da qaçdı. Ailəmizin dağılmağına görə günahı mənim boynuma atır. Utanmır?!" (milli.az)