Bibisini qətlə yetirən azərbaycanlı gənc saxlanıldı

KRİMİNAL
17:35 17.12.2018
5966
Gürcüstanın Marneuli rayonunun Kirovka kənd sakini Bəsti Məmmədovanı qətlə yetirən şəxs yaxalanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, B.Məmmədovanı dekabrın 10-da qardaşı oğlu, 1986-cı il təvəülldlü Nicat Məmmədov küt alətlə qətlə yetirərək, meyiti basdırmaq məqsədi ilə evin zirzəmisində gizlədib.

1951-ci il təvəllüdlü qadının meyitini dekabrın 15-də qohumları aşkar edib. Növbəti gün qətli törədən N.Məmmədov Sadaxlı kəndində saxlanılıb. O, günahını etiraf edib.

Faktla bağlı məişət zorakılığı zəminində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. N.Məmmədovu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

OXŞAR XƏBƏRLƏR