Fransada Suriya əsilli olduğu bildirilən qaçqının uşaq meydançasında 4-ü körpə, 2-si böyük 6 nəfərə bıçaqla hücum etdiyi hadisə dünyanın gündəmini zəbt edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həmin hərəkətləri törədən şəxs polis tərəfindən saxlanılıb.
Onun polisə verdiyi ifadələr hamını şoka salıb.
Suriya əsilli təcavüzkar Abdalmash H.-nin 2013-cü ildə Türkiyədən keçərək, İsveçə getdiyini deyib. O, İsveçdə qadınla evləndiyini bildirilib. 31 yaşlı suriyalı təcavüzkarın 3 yaşında bir uşağı olduğu öyrənilib. 10 ildir İsveçdə qaçqın həyatı yaşadığı bildirilən Abdalmash H.-nin İsveç polisi tərəfindən tanınmadığı ortaya çıxıb.
Hücum edən şəxs polis qarşısında ifadə verməkdən imtina edib. Onun polis bölməsinə aparılarkən "Öldür məni" qışqırdığı öyrənilib. Suriya əsilli təcavüzkar Abdalmash H. törətdiyi cinayətə görə bu gün psixiatriya müayinəsinə aparılıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Twitter-də sözügedən hücumu "qorxaqlıq" adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib.
Mikayıl