'Bilala nəinki 150 000, heç 1 köpük də verməzlər' - Əli Mirəliyev

MAQAZİN
15:17 01.08.2013
2342

Əli Mirəliyev: “Bilal Əliyevin adını heç ağzına alan yoxdur”

Bilal Əliyevin mən toya 150 000 manata gedirəm deməsi Əli Mirəliyevi özündən çıxarıb. 

AZXEBER.COM-a açıqlamasında Ə.Mirəliyev bildirib ki, Bilal Əliyevin adını ağzına alan yoxdur: “Bu gün Bilal Əliyevin heç adını ağzına alan yoxdur. O, bu cür çıxışlar ilə sadəcə gündəmə gəlmək istəyir. Toya 150 000 manata gedən adam bunu heç vaxt deməz. Əksinə, toyu olmayan toy tutmaq üçün bunu deyər. Mən toyun içində böyümüşəm. Biz toy oxumamışıq, bizi toya dəvət ediblər. Biz getdiyimiz toyda toyu olanın maddi vəziyyətini nəzərə almışıq. Ümumiyyətlə, Azərbaycanda Bilala nəinki 150 000, heç 1 köpük verməzlər. Ölkədə ən bahalı toy tutan Abbas Bağırovdur ki, onun da toyları 150 000 yox, maksimum 12 000 manat olur”.

OXŞAR XƏBƏRLƏR