“Bild” Gəncədən yazıb: Atəşkəsin ilk günü qətliama çevrildi

“Bild” Gəncədən yazıb: Atəşkəsin ilk günü qətliama çevrildi
DÜNYA
15:24 12.10.2020
1268

Almaniyanın nüfuzlu "Bild” nəşrində Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı məqalə dərc olunub.

AZXEBER.COM xəbər verir ki, alman hərbi ekspert Fabian Hintsin dəyərləndirmələrinin də əks olunduğu yazıda zərbənin məhz Ermənistan ərazisindən gerçəkləşdirildiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə gecə 2 radələrində şəhərin şimal-şərqində güclü bir partlayış səsi eşidilib və şahidlərin verdiyi məlumata görə, nəhəng bir toz-duman qatı havaya qalxıb.

"Səhər faciənin bütün mənzərəsi ortaya çıxdı. Evlərin yerləşdiyi sahədə nəhəng bir yarğan əmələ gəldi. Partlayış nəticəsində 9 mülki şəxs öldü və çoxlu sayda uşaq da daxil olmaqla, onlarla insan yaralandı”, - yazıda qeyd olunub.

Hərbi ekspertin fikrincə, bu miqyasda dağıntı yalnız ballistik raket zərbəsi nəticəsində yarana bilər.

"F.Hints üçün aydındır: Cəbhədən onlarla kilometr aralıda olan şəhərə edilmiş hücumun arxasında Ermənistan durur”, - məqalədə vurğulanıb.

Ekspert əmindir ki, hücum "S-CAD” və ya "Toçka-U” raketindən istifadə edilməklə törədilib ki, bunların da hər ikisi Ermənistanın arsenalında mövcuddur (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Gəncənin "Toçka-U" ilə atəşə tutulduğunu bəyan edib ).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi