Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə fasilə yaranacaq.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Biləcəri ETSİ-nin ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.









































