Biləcəridə kütləvi dava zamanı iki nəfər bıçaqlandı

Biləcəridə kütləvi dava zamanı iki nəfər bıçaqlandı
SOSİAL
09:21 20.10.2022
205
Bakının Binəqədi rayonunda dava zamanı xəsarət alanlar olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sahib Fərhad oğlu Eyvazov və onun dostu - hələlik adı bilinməyən gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR