Biləcəridə maska taxmayan 39 nəfər cərimələndi - VİDEO

SOSİAL
16:26 04.08.2020
445

Bu gün Biləcəri və Binəqədi rayonları ərazisində Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən reyd keçirilib.

Baku.tv xəbər verir ki, reyd zamanı koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəriməprotokolu tərtib edilib.

Tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, 5 nəfərdən artıq qrup halında toplaşan, maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb. Mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Maska taxmamağa görə 39, mənzilləri əsassız tərketməyə görə 23 nəfər şəxs cərimə olunub. Ümumilikdə cərimələnən şəxslərin sayı 67 nəfər təşkil edir. Onu da deyək ki, bu tipli reydlərin artıq sabahdan etibarən dənizkanarı ərazilərdə keçiriləcəyi nəzərdə tutulub.

 

OXŞAR XƏBƏRLƏR

X Mostbet