Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi

SOSİAL
15:18 20.07.2019
7486
Ötən axşam Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 39 yaşlı Elməddin Adil oğlu Zeynalov onlara Sumqayıt şəhərindən qonaq gəlmiş bibisi oğlu Ceyhun Məmmədağa oğlu Məmmədovu ov silahı ilə vuraraq xəsarət yetirib.

Ayağından xəsarət alan Ceyhun Məmmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR