Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapıldı

Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapıldı
SOSİAL
17:02 25.06.2024
138
Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.

Hadisə Biləsuvar şəhəri, M.P.Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR