Biləsuvarda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Biləsuvarda 3 yaşlı uşaq faciəvi şəkildə öldü
SOSİAL
17:52 10.05.2017
1403

 

Biləsuvar rayonunda üç yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə rayonun Ovçubərə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu cərayan vurması nəticəsində ölüb.

Uşağın yaxınlarının sayta verdiyi məlumata görə, o, həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayarkən elektrik cərayanı vurub. 

Uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

 

Faktla bağlı araşdırmalara başlanılıb.


///*report
OXŞAR XƏBƏRLƏR