Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
SOSİAL
21:58 18.11.2024
242
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1989–cu il təvəllüdlü Əhmədov Mətləb Famil oğlu yaşadıqları evdə aldığı güllə yarasından hadisə yerində ölüb.

İlkin olaraq, onun ölümünə səbəb ov tüfəngdən ehtiyatsız davranması deyilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR