Biləsuvarda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb

Biləsuvarda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
SOSİAL
11:58 06.04.2025
480
Biləsuvarda Aprel döyüşləri şəhidlərinin əziz xatirəsi anılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Aprel döyüşlərində 3 biləsuvarlı – Hüseyn Dəmirli, Fəraim Novruzov, Murad Məmmədov şəhidlik zirvəsinə ucalıb.

Şəhidlərin məzarları ictimaiyyət nümayəndələri və şəhid yaxınları tərəfindən ziyarət olunub. Onların qəhrəmanlıq yollarından geniş söhbət açılıb.

Şəhid Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib. 2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi. Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şəhid Novruzov Fəraim Nadir oğlu 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb. F.Novruzov 2 aprel 2016-cı ildə təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib. Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şəhid Məmmədov Murad Vaqif oğlu 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb. Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib. 3 aprel 2016-cı ildə təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimiz subay idi. Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi
14:18 22.06.2025
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi