Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü
SOSİAL
16:33 12.10.2019
10958

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR