21.01.2024-cü il tarixində gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsilə 11 nəfər müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.










































