Biləsuvarda evində yıxılan 60 yaşlı qadın öldü

Biləsuvarda evində yıxılan 60 yaşlı qadın öldü
SOSİAL
19:56 25.11.2022
171
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Nərimankənd sakini, 1962-ci il təvəllüdlü Zərxara Quliyeva yaşadığı evdə yıxılaraq sınıq xəsarətləri alıb. Xəsarət alan qadın dərhal rayon xəstəxanasına aparılıb. O, xəstəxanada tibbi yardım göstərilən zaman keçinib. İlkin məlumata görə, xəsarət alan 60 yaşlı qadın infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR