Biləsuvarda iki avtomobil toqquşdu - beş nəfər xəsarət aldı

SOSİAL
13:48 06.02.2025
108
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR