Biləsuvarda iki "VAZ" toqquşub: 1 nəfər ölüb

KRİMİNAL
20:47 05.03.2020
7153

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi "VAZ-21014" və N.Şirinovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR