Biləsuvarda koronavirusa qarşı dezinfeksiya işləri aparılır

Biləsuvarda koronavirusa qarşı dezinfeksiya işləri aparılır
SOSİAL
21:35 11.08.2021
437
Biləsuvarda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.

Tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, parkları və digər əraziləri əhatə edib.

İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR