Biləsuvar rayonunda mağazaya oğurluğa cəhd olub.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə dekabrın 12-si saat 2 radələrində rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərilməsi barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini İ.Şəbizadə, Quba rayon sakinləri V.Ağabalayev və R.Mirzəyev saxlanılıblar.
Araşdırmalarla onların dekabrın 7-də Quba rayonunun Vladimirovka kəndində iki mağazadan ümumilikdə 840 manat pul və 1352 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən olunub.
Araşdırma aparılır.