AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Qəza nəticəsində motosikletin sürücüsü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.










































