Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb

Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
SOSİAL
13:31 14.08.2025
118

Biləsuvar rayonunda qaz xətti zədələnib, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndləri qazsız qalıb.

AZXEBER.COM-un məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.
OXŞAR XƏBƏRLƏR