Sürücülərin nəzərinə: Sabah saat 08:00-dan...

SOSİAL
18:03 25.10.2024
216
26 oktyabr saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR