Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı

SAĞLAMLIQ
08:47 01.10.2020
759
Amerikalı sahibkar, "Microsoft” şirkətinin banisi Bill Qeyts bildirib ki, dünyada koronavirus peyvəndləri 2021-ci ildə istehsal edilə bilər.

Onun sözlərinə görə, peyvəndləri kasıb ölkələr üçün əlçatan etmək zəruridir.

"Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq", - "Microsoft” şirkətinin banisi qeyd edib.

Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək vacibdir.

"Az gəlirli ölkələr inkişaf etmiş dövlətlər kimi eyni alıcılıq qabiliyyətinə malik deyil. Buna görə də onlarda dozaların kifayət qədər olmayacağı riski var", - Bill Qeyts bildirib.

Sahibkar 16 əczaçılıq şirkəti ilə "Bill və Melinda Qeyts" Xeyriyyəçilik Fondu arasında yeni razılaşmanın imzalandığını elan edib.

"Sənəddə şirkətlər peyvəndlərin istehsalını sürətləndirməyi və onların mümkün qədər tez, geniş bölgüsünü təmin etməyi razılaşdırıblar", - Qeyts vurğulayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:27 28.10.2020

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

09:16 28.10.2020

Düşmən ordusu döyüşməkdən imtina edir

09:13 28.10.2020

Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ

08:55 28.10.2020

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

08:53 28.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri