Bill Qeytsin hamıdan gizlətdiyi rus qadınla münasibəti ortaya çıxdı

Bill Qeytsin hamıdan gizlətdiyi rus qadınla münasibəti ortaya çıxdı
DÜNYA
11:26 22.05.2023
281
Epsteinin məxfi yazışmalarına çatan ABŞ mediası məşhur iş adamının "Microsoft”un qurucularından olan Bill Qeytsi "Rus qadınla münasibətinizi açıqlayacam” deyərək hədələdiyini üzə çıxarıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan Wall Street Journal insan alveri, fahişəlik və cinsi istismar kimi cinayətlərdə ittiham olunan Epsteinin məxfi yazışmalarını dərc edib. Sənədlərdə Epstein-in Microsoft-un həmtəsisçilərindən biri və dünyanın ən zəngin adamlarından biri kimi tanınan Bill Qeytsi hədələdiyi ortaya çıxıb. Yazışmalarda bir müddət əvvəl evli olan Qeytsin rusiyalı aktrisa ilə münasibətdə olduğu bildirilir.

Qeyd edək ki, Qeyts 2010-cu ildə Antonova ilə tanış olub və həmin vaxt cütlük turnirdə birlikdə yarışıb. Antonova daha sonra San Fransiskoya köçüb və proqram mühəndisi kimi işləməyə başlayıb.
 
Antonova bildirib ki, o və Qeyts sadəcə dost olublar və 2010-cu ildə onun Qeytslə çəkdirdiyi fotonu əks etdirən video yayımlayıb. Sənədlərdə Epstein Antonova ilə körpü akademiyasına maliyyəçi axtararkən tanış olduğu və Epstein sonradan proqram kodlaşdırma məktəbinin pulunu da ödədiyi bildirilir.

Wall Street Journal-a danışan Antonova deyib: "Mən onunla tanış olanda Epstein-in əslində kim olduğunu bilmirdim. Mən onu sadəcə kömək etmək istəyən uğurlu iş adamı kimi tanıyırdım. Epşteynə və onun etdiklərinə nifrət edirəm”.
 
Gülay
OXŞAR XƏBƏRLƏR