"Bilmirəm xəbəri anama necə deyim" - Şəfəq Novruz dayısının vəfatından danışdı - VİDEO

"Bilmirəm xəbəri anama necə deyim" - Şəfəq Novruz dayısının vəfatından danışdı - VİDEO
SOSİAL
17:19 23.11.2023
471
Xəbər verdiyimiz kimi, bu gün "Taxta bazarı"nda yanğında dünyasını dəyişən şəxs mərhum xalq artisti Ramiz Novruzun qohumudur.
AZXEBER.COM xəbər verir ki, bu haqda Ramiz Novruzun qızı, stilist Şəfəq Novruzova da şəxsi "instagram” hesabında məlumat verib. O bildirib ki, vəfat edən şəxs onun doğma dayısıdır:
"Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm xəbəri anama necə deyim".
Xatırladaq ki, Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz da AZXEBER.COM-a verdiyi açıqlamada məlumatı təsdiqləyib. O deyib: "Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”.
Şəfəq Novruzun açıqlamasını təqdim edirik:


OXŞAR XƏBƏRLƏR