Hindistanın Mumbay şəhərində qeyri-qanuni inşa edilmiş yaşayış binasının uçması nəticəsində azı 27 nəfər ölüb. Daha 54 nəfərin də xəsarət aldığı bildirilir. Onlardan 10-nun vəziyyəti ağır olaraq qiymətləndirilir. Xilasedicilər dağıntılar arasından sağ qalanların axtarışını aparırlar.Polis çökmüş binanın 8-mərtəbəli olduğunu və onun son 4 mərtəbəsinin qeyri-qanuni olaraq sonradan artırıldığını bildirib. Ölənlərin əksəriyyətinin də fəhlələr olduğu bildirilir.